Menyu

Kolumbiyada təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub

Operativ Media
Kolumbiyada təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub

Kolumbiyanın xilasetmə xidmətləri "Satena" hava yolları şirkətinə məxsus, 15 nəfəri daşıyan təyyarənin qəzaya uğradığı yeri müəyyən edib.

Operativ Media-nın "Noticias Caracol" telekanalına istinadən məlumatına görə, Şimali Santander departamentində baş verən qəzada sağ qalan olmayıb.

"Beechcraft 1900D" təyyarəsinin qalıqları La-Playa-de-Belen bələdiyyəsinin dağlıq ərazisində tapılıb. Təyyarədə 15 nəfər olub: 13 sərnişin və iki heyət üzvü.

Həlak olanlar arasında Kolumbiyanın Nümayəndələr Palatasının üzvü Diogen Kintero və deputatlığa namizəd Karlos Salsedo da var. Təyyarədə həmçinin Okanya şəhər bələdiyyə şurasının keçmiş üzvü Xuan David Paçeko və həyat yoldaşı da olub.

Kukutadan Okanaya gedən təyyarə çərşənbə günü radarlardan itib. Katatumbo ərazisində axtarış əməliyyatı mürəkkəb relyef və əlverişsiz hava şəraiti ilə çətinləşib.

Əlaqəli Xəbərlər