Menyu

Bild: Danimarka icarəyə götürülmüş Sovet gəmisini Qrenlandiyaya göndərib

Operativ Media
Bild: Danimarka icarəyə götürülmüş Sovet gəmisini Qrenlandiyaya göndərib

Danimarka hakimiyyəti 2014-cü ildə “MS Ocean Endeavour” ekspedisiya gəmisinə çevrilmiş Sovet istehsalı “Konstantin Simonov” gəmisinin bazasında Qrenlandiyada üzən kazarma yerləşdirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” qəzeti Danimarka Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Qəzetin Danimarka Silahlı Qüvvələrinə istinadla verdiyi xəbərə görə, gələn il Qrenlandiyada keçiriləcək "Arctic Endurance" təlimlərində iştirak edəcək bəzi Danimarka və digər ölkələrin hərbçiləri fevralın əvvəlindən etibarən "Ocean Endeavour" otel-gəmisində yerləşdiriləcəklər. Gəmi Nuuk limanında lövbər salacaq.

Qeyd olunur ki, üzən kazarmalar Qrenlandiyanın paytaxtındakı otellərə əlavə yükün düşməsinin də qarşısını alacaq.

“Bild” yazır ki, gəmi 1982-ci ildə Sovet İttifaqının Uzaq Şərq Gəmiçilik Şirkəti tərəfindən “Konstantin Simonov” adı ilə inşa edilərək suya buraxılıb. Daha sonra gəmi 2014-cü ildə təmir işlərini başa çatdıran və onu 2025-ci ilin oktyabrında satışa çıxaran Amerika şirkəti "SunStone" tərəfindən satın alınıb.

Qəzetin məlumatına görə, əsgərlər üçün nəzərdə tutulan imkanlara restoran, üç istirahət zalı, müşahidə göyərtəsi, kitabxana, sauna, qızdırılan açıq hovuz və ümumi istifadə üçün nəzərdə tutulmuş otaqlar daxildir.

Əlaqəli Xəbərlər