Bali hava limanı "Nipah" virusu ilə əlaqədar tibbi yoxlamaları gücləndirib
Şəfa Hüseynli
Balinin "I Gusti Ngurah Rai" Beynəlxalq Hava Limanı Nipah virusunun yayılmasına və ada əyalətində potensial yoluxma hallarına qarşı tədbir olaraq Baliyə gələn sərnişinlər üçün sağlamlıq müayinəsini gücləndirib.
Operativ Media xəbər verir ki, bu barədə "Antara" informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, hava limanı rəhbərliyi müayinə prosesini həyata keçirmək üçün Səhiyyə Nazirliyinin ofisi ilə sıx əlaqə saxlayır.
Hava limanında termal skaner qurğuları quraşdırılıb, o cümlədən beynəlxalq gəliş terminallarında iki qurğu, eləcə də daxili gəlişlərdə və VIP terminalında qurğu var.