Monqolustanda qızılca xəstəliyinə yoluxanların sayı 14 mini keçib
Şəfa Hüseynli
Monqolustanda təsdiqlənmiş qızılca hallarının sayı 14002-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ən yüksək yoluxma nisbəti 10-14 yaş qrupunda - 5.183 hal qeydə alınıb. Həmçinin, 0-4 yaşlarında 3.330 uşaq, 5-9 yaşlarında 1.806 uşaq və 15-19 yaşlarında 1.751 yeniyetmə qızılca xəstəliyinə tutulub.