ABŞ Kibertəhlükəsizlik Agentliyinin sənədləri ChatGPT-də sızdırılıb

ABŞ Kibertəhlükəsizlik Agentliyinin rəhbəri daxili sənədləri ChatGPT-yə yükləyib.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, sənədlər tərtibatçılar və istifadəçilər üçün əlçatan olub.
Qeyd olunur ki, Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin müvəqqəti rəhbəri təyin edildikdən sonra Madhu Gottumukkala agentliyin əvvəllər qadağan edilmiş ChatGPT-nin ictimai versiyasından istifadə etməsi üçün icazə istəyib.
2025-ci ilin yayında o, rəsmi sənədləri ChatGPT-yə yükləyib. Faylların heç biri məxfi olmasa da, bir çoxu "yalnız rəsmi istifadə üçün" qeyd olunub.
Mənbələrə görə, bundan sonra bir neçə avtomatik təhlükəsizlik siqnalı işə salınıb. Daxili araşdırma başlanıb, lakin nəticələri məlum deyil.