Rusiyada bakalavr və magistr dərəcələri ləğv ediləcək
Şəfa Hüseynli

Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib ki, bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində "bakalavr" və "magistr" dərəcələri ləğv ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq.
"Bakalavr-magistr" formulu əvəzinə, ixtisasdan asılı olaraq dörd ildən altı ilə qədər davam edən baza ali təhsil proqramını və bir ildən üç ilə qədər davam edən ixtisaslaşmış ali təhsil proqramını - əsasən, peşəkar, idarəetmə və tədqiqat istiqamətləri olan yenilənmiş magistr proqramını tətbiq edirik".- Qoryaçeva qeyd edib.