Bali adası turistlər üçün fil gəzintisini rəsmi olaraq qadağan edib
Şəfa Hüseynli
Bali adasındakı "Mason Elephant Park" turistlər üçün fil gəzintilərinin rəsmi olaraq dayandırıldığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.
Agentliyin sənədində deyilir ki, "ölkədə heyvanların əsirlikdə saxlanıldığı bütün müəssisələrdə fil gəzintiləri ilə bağlı nümayiş proqramları dayandırılsın. Bu tələb məcburidir".
"Mason Elephant Park"ı hazırda əsasən Sumatra filləri üçün sığınacaq kimi fəaliyyət göstərir.