Menyu

Türkdilli Dövlətlərin Beynəlxalq Universitetinin açılması planlaşdırılır

Şəfa Hüseynli
Türkdilli Dövlətlərin Beynəlxalq Universitetinin açılması planlaşdırılır

Özbəkistan və Türkiyə arasında ali təhsil, elm və innovasiya sektorlarının rəhbərliyi arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın təhsil nazirliyi məlumat yayıb.

Tərəflər son illərdə Özbəkistan-Türkiyə münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, xüsusən də ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın durmadan genişləndiyini qeyd ediblər.

Danışıqlarda ali təhsil, elm və innovasiya sahəsində əməkdaşlıq üçün mövcud hüquqi çərçivə nəzərdən keçirilib. Xüsusilə, iki ölkə hökumətləri arasında elmi potensial, mühəndislik inkişafları və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də sektor qurumları arasında imzalanmış anlaşma memorandumlarının praktiki tətbiqi müzakirə edilib.

Görüşdə həmçinin Türk Dövlətlərinin Beynəlxalq Universitetinin yaradılması layihəsinin praktiki mərhələləri müzakirə olunub. Qeyd edilib ki, Türkiyə tərəfinin dəstəyi, o cümlədən professor və müəllimlərin cəlb edilməsi, elektron təhsil resurslarına çıxışın genişləndirilməsi və digər məsələlər onun tam şəkildə həyata keçirilməsi üçün vacibdir.

Əlaqəli Xəbərlər