İsveçrə müdafiə xərclərini artırmaq üçün ƏDV-ni artıracaq
Şəfa Hüseynli
İsveçrə hökuməti müdafiə xərclərini artırmaq üçün on il müddətinə əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin artırılacağını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Şura 2028-ci ildən başlayaraq 10 il müddətinə ƏDV-ni 0,8% artırmağı planlaşdırır. Qeyd olunur ki, əlavə gəlir həmçinin borc götürmək imkanına malik silah fonduna yönəldiləcək.
ƏDV-nin artırılması ölkə konstitusiyasına dəyişikliklər tələb edir, ona görə də bu məsələ ilə bağlı ictimai müzakirələr yazda başlayacaq.