Menyu

Astanada yeni Qırğızıstan səfirliyi tikiləcək

Şəfa Hüseynli
Astanada yeni Qırğızıstan səfirliyi tikiləcək

Qırğızıstan və Qazaxıstan arasında iki ölkənin səfirliklərinin pulsuz istifadəsi üçün Bişkek və Astana şəhərlərində binaların və torpaqların qarşılıqlı şəkildə verilməsi haqqında qanun layihəsini üç oxunuşda təsdiqlənib.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.

“Qazaxıstan tərəfi Astanada 49 il müddətinə yeni Qırğızıstan səfirliyinin inşası planlaşdırılan torpaq sahəsini, ümumi sahəsi 1.267.000 kvadratmetr olan binanı və 12 hektarlıq sahəni pulsuz olaraq təqdim edir. Biz də öz növbəmizdə Bişkekdə Çingiz Aytmatov prospekti boyunca, Qazaxıstanın Qırğızıstan Respublikasındakı səfirliyinin yerləşdiyi 75 hektarlıq sahəni, eləcə də Ala-Arça yaşayış kompleksindəki 531 hektarlıq kotteci bağışladıq”, - Xarici işlər nazirinin müavini Almaz İmanqaziyev bildirib.

Əlaqəli Xəbərlər