Menyu

Almaniyada 2020-ci ildən bəri ilk dəfə əhali azalması qeydə alınıb

Şəfa Hüseynli
Almaniyada 2020-ci ildən bəri ilk dəfə əhali azalması qeydə alınıb

Almaniyanın əhalisi 2025-ci ildə 83,5 milyon nəfər idi ki, bu da əvvəlki illə müqayisədə təxminən 100.000 nəfər azdır.

Operativ Media xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu 2020-ci il pandemiyasından bəri qeydə alınan ilk əhali azalmasıdır.

Ötən il ölkədə 640.000-660.000 nəfər doğulub ki, bu da əvvəlki ildən (667.000) azdır. Eyni dövrdə təxminən 1 milyon sakin vəfat edib. Beləliklə, əhalinin təbii azalması 340.000-360.000 nəfər təşkil edib.

Əlaqəli Xəbərlər