Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsi artıb
Operativ Media
2025-ci il ərzində Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 27,6 faiz artaraq 872,8 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstan ilə ticarətin payı 1,76 faiz təşkil edib.