Kiyevdə casusluqda şübhəli bilinən qadın jurnalist saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kiyevdə Belarusa casusluq etməkdə şübhəli bilinən qadın jurnalisti saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
Bildirilib ki, o Ukrayna tərəfində döyüşən Rusiya və Belarus vətəndaşları haqqında məlumat toplayırmış.
Şübhəli yaşadığı yerin yaxınlığında saxlanılıb və ondan məxfi məlumatların qeyd olunduğu smartfon və diktofon götürülüb.
O, Ukrayna Cinayət Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsi (casusluq) ilə ittiham olunub ki, bu da 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
Saxlanılan şəxsin adı hələlik rəsmi olaraq açıqlanmayıb.
Lakin DW-nin Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrinə görə, bu, İnna Kardaşdır. Belarusun "Nasha Nіva" nəşrinin məlumatına görə, Kardaş 2012-2015-ci illərdə "United Company" və "Maxbet" şirkətlərində çalışıb.