Menyu

Tacikistan Nipah virusunun qarşısını almaq üçün nəzarəti gücləndirib

Şəfa Hüseynli
Tacikistan Nipah virusunun qarşısını almaq üçün nəzarəti gücləndirib

Tacikistan ölümcül Nipah virusunun ölkəyə gətirilməsinin qarşısını almaq üçün ölkə sərhədlərində sanitar-epidemioloji tədbirləri gücləndirib.

Operativ Media xəbər verir ki, bu barədə "Khovar" informasiya agentliyi məlumat yayıb.

Tacikistanın səhiyyə və sosial müdafiə naziri Camoliddin Abdullozoda virusun yayılmasının qarşısını almaq üçün Düşənbə hava limanlarında məsafədən termometrlərin quraşdırıldığını açıqlayıb.

Bu cihazlar, o cümlədən Hindistandan gələn sərnişinlərin vəziyyətini izləyəcək. Rusiyadan idxal edilən diaqnostik testlər də virusu aşkar etmək üçün təmin edilir.

Əlaqəli Xəbərlər