Qırğızıstan 28 yanvar 2025-ci il tarixindən etibarən Hindistandan Nipah virusuna həssas heyvanların, eləcə də heyvan məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, tədbirlər ölkənin baytarlıq və sanitariya təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Nipah virusu təhlükəli zoonotik infeksiyadır və heyvanlardan insanlara ötürülə bilər. Xidmət vətəndaşlara mənşəyi məlum olmayan heyvan məhsullarını almaqdan çəkinməyi və bütün məhsulların baytarlıq sənədləri ilə müşayiət olunmasını təmin etməyi tövsiyə edir.