Menyu

Britaniya və Çin arasında 10 müqavilə imzalanıb

Şəfa Hüseynli
Britaniya və Çin arasında 10 müqavilə imzalanıb

Böyük Britaniya və Çin Baş nazir Kir Starmerin Pekinə səfəri zamanı 10 saziş imzalayıblar ki, bunların əksəriyyəti ticarətlə bağlı olub.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Ofisinin açıqlamasında bildirilib.

Bunlara Böyük Britaniya-Çin Birgə İqtisadi və Ticarət Komissiyasının gücləndirilməsi, qida təhlükəsizliyi, heyvan və bitki karantini sahələrində əməkdaşlıq, Böyük Britaniyanın Çinə ixracı, ev xidmətləri və idman sənayesində əməkdaşlıq, texniki və peşə təhsili və təlimi sahələrində əməkdaşlıq daxildir.

Bundan əlavə, tərəflər transmilli mütəşəkkil cinayətkarlıq və qanunsuz immiqrasiya ilə mübarizədə əməkdaşlıq, eləcə də səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıblar.

Böyük Britaniya və Çin həmçinin ikitərəfli xidmət tərəfdaşlığı qurmaq və xidmət ticarəti sazişinin imzalanması imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Əlaqəli Xəbərlər