İran Almaniya səfirini XİN-ə çağırıb

İran Xarici İşlər Nazirliyi (XİN) Almaniya Kansleri Fridrix Mertsin İslam Respublikasının hakimiyyəti və silahlı qüvvələrini tənqid edən bəyanatları ilə əlaqədar bu ölkənin İrandakı səfiri Aksel Dittmanı çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran xarici işlər nazirinin köməkçisi və Qərbi Avropa üzrə baş direktor Əlirza Yusefi ilə görüş zamanı kanslerə alman rəsmilərinin müdaxilə xarakterli və məsuliyyətsiz bəyanatlarına qarşı çıxıb.
Yusefi SEPAH-ın terrorizmlə mübarizədə, İranın təhlükəsizliyinin və milli suverenliyinin qorunmasında rolunu vurğulayaraq, silahlı qüvvələrin bir hissəsinin "qara siyahı"ya salınması cəhdlərinin beynəlxalq hüququn açıq şəkildə pozulması və ölkənin suverenliyinə təcavüz olduğunu deyib və bunun Tehranın cavab reaksiyasına səbəb olacağını qeyd edib.