Ötən il ölkədən 35,3 milyon dollarlıq nar ixrac edilib
Operativ Media
2025-ci il ərzində ölkədən 35,3 milyon dollar dəyərində 36 min tona yaxın nar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 18,6 faiz və 6 faiz çoxdur.
Hesabat ilində narın ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,97 faizə bərabər olub.