Ana səhifə / İqtisadiyyat / Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb 03.02.2026, 20:32 Operativ Media Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb.Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Ümumi çəkisi 1746 ton olan taxıl daşıyan iyirmi beş vaqon Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana çatıb.Qeyd edək ki, Rusiyadan göndərilən taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb.