Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Operativ Media
Azərbaycanın bu il yanvarın 1-nə 4 milyard 813,5 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,7 %-i elə dollarda olub.
Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, borcun tərkibində avro 6,4 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,2 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,5 %-ni, sabit dərəcə ilə olanlar isə 50,5 %-ni təşkil edib.
Xarici dövlət borcunun 58,2 %-i 5 ilə qədər olan müddətdə, 36,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.