Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Operativ Media
Azərbaycanın bu il yanvarın 1-nə 17 milyard 804,5 milyon manat təşkil etmiş daxili dövlət borcunun 9 milyard 6,6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 797,9 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 9,2 %-i 1 illik, 51,8 %-i 2 və 3 illik, 39 %-i isə 5 il və daha artıq müddətli olub.
Qısamüddətli dövlət istiqrazlarının dövriyyəmüddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil etməsinə səbəb olub.