AMB sədri: "Son 20 ildə əhali 17 milyard dollarlıq xalis xarici valyuta alıb"
Operativ Media
Son 20 ildə Azərbaycan əhalisi 17 milyard ABŞ dolları dəyərində xalis xarici valyuta alıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna "yastıq altındakı vəsait" deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə o qeyd edib.