Ana səhifə / İqtisadiyyat / Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin həcmi 3 dəfədən çox artıb Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin həcmi 3 dəfədən çox artıb 06.02.2026, 12:34 Operativ Media 2025-ci il ərzində Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 3,1 dəfə artaraq 795,1 milyon dolları üstələyib. Operativ Media-ya bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 1,6 faiz təşkil edib.