Menyu

Ötən ay vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Operativ Media
Ötən ay vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19 milyon 680,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 718,2 min manat təşkil edib.

Əlaqəli Xəbərlər