Menyu

Ötən il ölkədən 56,6 milyon dollarlıq polipropilen ixrac edilib

Operativ Media
Ötən il ölkədən 56,6 milyon dollarlıq polipropilen ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 56,6 milyon dollar dəyərində 51,7 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 10,8 faiz, həcm baxımından isə 14,7 faiz çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat ilində dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,74 faizə bərabər olub.


Əlaqəli Xəbərlər