Betondan yığma tikinti konstruksiyalarının istehsalında artım qeydə alınıb
Operativ Media
2025-ci il ərzində ölkədə 120,1 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 2,6 dəfə və ya 73,8 min kubmetr artıb.