Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 8,7 faiz artıb
Operativ Media
2026-cı ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net