Ötən il ixrac olunan pambıq ipliyinin dəyəri 34 milyon dolları ötüb
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 34 milyon dollar dəyərində 15 min tondan çox pambıq ipliyi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,2 faiz, həcm olaraq 30,5 faiz çoxdur.
Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat dövründə pambıq ipliyi ixracının xüsusi çəkisi təqribən 1,04 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net