Ana səhifə / İqtisadiyyat / Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb 12.02.2026, 15:10 Operativ Media Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.Operativ Media Maliyyə Naziriyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.Büdcənin gəlirləri proqnozdan 0,9 % çox, xərcləri isə 4,2 % az icra olunub. Son nəticədə ötən ay büdcədə 2 milyard 707,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 28,9 % çoxdur.