Menyu

“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

Operativ Media
“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat Nazirliyində ABŞ-nin "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson ilə görüşdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, eləcə də xarici investorların ölkəmizə artan marağı xüsusi olaraq vurğulanıb.

“ExxonMobil” şirkətinin Azərbaycanda “Azəri-Çıraq-Günəşli” AÇG, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri BTC kimi layihələrdə uzunmüddətli fəaliyyətindən məmnunluq ifadə olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə əməkdaşlığın prioritetləri və Azərbaycanda potensial qeyri-ənənəvi neft ehtiyatlarının qiymətləndirilməsi üzrə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “ExxonMobil” neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı, həmçinin neft, neft-kimya və xüsusi təyinatlı məhsulların istehsalı, ticarəti və daşınması sahəsində fəaliyyət göstərən iri sənaye şirkətidir. Şirkət enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji keçidinin sürətləndirilməsi məqsədilə daha az emissiya texnologiyalarının inkişafını və tətbiqinə investisiya qoyuluşlarını təşviq edir.

Əlaqəli Xəbərlər