Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,2 ABŞ dolları təşkil edib.