Etilen və propilen istehsalında artım qeydə alınıb
Operativ Media
2025-ci il ərzində ölkədə 152,3 min ton etilen, 144 min ton propen (propilen) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin göstəricisinə nisbətdə etilen istehsalı 17,6 faiz, propilen istehsalı isə 18,6 faiz artıb.
Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı etilen və propilen üzrə müvafiq olaraq 0,5 və 0,9 min ton təşkil edib.