Menyu

Yunanıstan Azərbaycandan xam neft tədarükünü 2 dəfəyədək artırıb

Operativ Media
Yunanıstan Azərbaycandan xam neft tədarükünü 2 dəfəyədək artırıb

2025-ci il ərzində Azərbaycandan Yunanıstana 367,7 milyon ABŞ dolları dəyərində 702,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 64 faiz, həcm baxımından isə 1,9 dəfə üstələyir.

Ümumilikdə ötən il ərzində ölkədən 12,091 milyard dollar dəyərində 23,38 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Yunanıstan 7-ci yerdə qərarlaşıb və ixrac həcminin 3 faizi bu ölkənin payına düşüb.


Əlaqəli Xəbərlər