Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 60 faizi ötüb
Operativ Media
Bu ilin yanvar ayı ərzində ölkəyə 91,7 milyon ABŞ dolları dəyərində 4,5 mindən çox hibrid avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 26,7 faiz, say baxımından isə 25,4 faiz üstələyir.
Ümumilikdə cari ilin ilk ayında ölkəyə təqribən 176,5 milyon dollar (+27 faiz) dəyərində 7,6 minə (-0,9 faiz) yaxın nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 60,38 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 12,7 faiz bəndi çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net