Menyu

"X"da problem yaşanıb - YENİLƏNİB

Operativ Media
"X"da problem yaşanıb - YENİLƏNİB

"X"də problemlər səhər saatlarından başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bildirilib ki, "X" sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. "İstifadəçi şikayətlərinə naxmayaraq, platformada "bütün sistemlər işləkdir" yazılıb" , - məqalədə bildirilib.

Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.

Hazırda "X"in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.

"Downdetector"un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb.

18:22

"X" sosial şəbəkəsinə daxil olmaqda problemlər yaranıb.

Operativ Media xəbər verir ki, media platformasında donmalar baş verir.

Xidmət kəsilmələrinin monitorinqini aparan "Downdetector" saytının məlumatlarına görə, Bakı vaxtı ilə saat 17:00-dan etibarən "X"ə giriş problemi yaranıb. Kompüter vasitəsilə "X"ə daxil olmaq mümkünsüz həddə çatıb.

Problem Azərbaycanda da yaşanır.

Əlaqəli Xəbərlər