Özbəkistan və İsveç XİN arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
Şəfa Hüseynli
Daşkənddə Özbəkistan və İsveç Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.
Məsləhətləşmələr zamanı tərəflər siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
İki ölkənin müvafiq nazirlikləri və şirkətləri arasında səfər mübadiləsi də daxil olmaqla, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində və bu sahədə müqavilə-hüquq bazasının genişləndirilməsində qarşılıqlı maraqlarını vurğuladılar.
Bundan əlavə, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.