Ana səhifə / Dünya / Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Cenevrəyə gəlib Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Cenevrəyə gəlib 17.02.2026, 09:06 Şəfa Hüseynli Ukrayna nümayəndə heyəti bu gün və sabah sülh danışıqlarının keçiriləcəyi İsveçrənin Cenevrə şəhərinə gəlib. Operativ Media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov açıqlayıb . "Sabah üçtərəfli formatda danışıqların növbəti mərhələsinə başlayırıq. Gündəlik razılaşdırılıb, komanda işə hazırdır", - deyə Umerov yazıb. Onun sözlərinə görə, danışıqlarda Amerika tərəfi də iştirak edəcək. Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi işin konstruktiv olacağına ümid etdiyini bildirib.