Menyu

Cenevrədə ABŞ və İran arasında danışıqların ikinci raundu başlayıb

Şəfa Hüseynli
Cenevrədə ABŞ və İran arasında danışıqların ikinci raundu başlayıb

Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bildirilib ki, raundun gündəliyində yalnız nüvə proqramı və ABŞ-nin qanunsuz sanksiyalarının aradan qaldırılması ilə bağlı məsələlər yer alacaq.

İran uranın zənginləşdirilməsini davam etdirməklə bağlı mövqeyini təsdiqləyib.

ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner rəhbərlik edir.

Əlaqəli Xəbərlər