Menyu

Qırğızıstan və İtaliya investisiya tərəfdaşlığını gücləndirəcək

Şəfa Hüseynli
Qırğızıstan və İtaliya investisiya tərəfdaşlığını gücləndirəcək

Qırğızıstan-İtaliya ticarət, iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsi perspektivləri, eləcə də B5+1 formatında birgə tədbirlərin hazırlanması məsələləri müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə Milli İnvestisiya Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Qırğızıstanın İtaliya üçün 15 prioritet ölkə siyahısına daxil edilməsi ikitərəfli tərəfdaşlığın inkişafına yüksək səviyyədə inam və strateji marağın olduğunu təsdiqləyir

Görüşdən sonra tərəflər tərəfdaşlığı daha da gücləndirməyə və birgə təşəbbüslər həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Əlaqəli Xəbərlər