Tacikistan və Özbəkistan korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı genişləndirir
Şəfa Hüseynli
Tacikistan və Özbəkistan korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı genişləndirirlər.
Operativ Media xəbər verir ki, bu barədə "Kovar" məlumat yayıb.
Görüş zamanı tərəflər korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişafına və genişləndirilməsinə xüsusi diqqət yetirib və Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ilə Özbəkistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyi arasında Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.