İspaniya Kubaya humanitar yardım göndərmək niyyətindədir
Şəfa Hüseynli
İspaniya BMT kanalları vasitəsilə Kubaya humanitar yardım göndərmək niyyətini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və Kubanın xarici işlər naziri Bruno Rodriges Karib dənizi ölkəsində yaranan mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər siyasi, iqtisadi və ticarət dialoqunun, eləcə də, qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.