Menyu

Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

Operativ Media
Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

Türkiyədə LGBT-ni təbliğ və təşviq edən şəxslər 3 ilədək həbs cəzasına (mövcud qanunda 1 il) məhkum ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Yeni Gazete" məlumat yayıb.

Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən hazırlanan yeni layihə əsasında Mülki və Cinayət məcəllələrində dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, eyni cinsdən olan şəxslərin nişan və evlilik mərasimi keçirməsinə görə 4 ilədək həbs cəzası tətbiq ediləcək.

Layihədə cinsiyyət dəyişdirilməsi ilə bağlı sərt qaydalar nəzərdə tutulur. Cinsiyyətini dəyişmək istəyən şəxs məhkəməyə şəxsən müraciət edərək icazə istəməlidir. İcazənin verilməsi üçün müraciət edən şəxsin 25 yaşını tamamlaması və evli olmaması tələb ediləcək. Mövcud qanunvericilikdə bu yaş həddi 18-dir.

Əlaqəli Xəbərlər