Özbəkistan Prezidenti Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb
Şəfa Hüseynli
Fevralın 17-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Alderdaysı qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə "Uza.uz" məlumat yayıb.
Söhbət zamanı enerji, maliyyə, geologiya, nəqliyyat, kimya, əczaçılıq, elm və təhsil sahələrində yeni layihələrin təşviqinin vacibliyi vurğulanıb.
Həmçinin regional və qlobal əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə "yol xəritəsi"nin qəbul edilməsi barədə razılığa gəlinib.