Menyu

ABŞ narkotik daşıyan gəmilərə zərbə endirib

Operativ Media
ABŞ narkotik daşıyan gəmilərə zərbə endirib

ABŞ ordusu narkotik qaçaqmalçılığında şübhəli bilinən üç gəmiyə zərbə endirib və nəticədə 11 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının “X” hesabında məlumat verilib.

"Kəşfiyyat, gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib", - məlumatda deyilir.

Qeyd olunur ki, iki gəmi Sakit Okeanın şərqində aşkar edilərək hücuma məruz qalıb, üçüncü gəmi isə Karib dənizində vurulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər