Menyu

Çində gəminin aşması nəticəsində dörd nəfər ölüb

Şəfa Hüseynli
Çində gəminin aşması nəticəsində dörd nəfər ölüb

Çinin cənub-qərbdəki Yunnan əyalətində göyərtəsində 26 sərnişin olan gəzinti gəmisi çevrilib, nəticədə ən azı dörd nəfər ölüb .

Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Çin Yeni ilinin ilk günündə, Çuxiong şəhərinin Lianxivan turizm kəndi yaxınlığında baş verib.

Dövlət Şurasının Milli Təhlükəsizlik Komissiyası qanuna uyğun olaraq məsul şəxslərin istintaqı və təqibinə əyalət səviyyəsində nəzarət etməyi göstəriş verib.

Hüquq-mühafizə orqanları turistləri daşıyan qayığın çevrilməsinin konkret səbəblərini müəyyən etməyə davam edir. 

Əlaqəli Xəbərlər