Ana səhifə / Dünya / ABŞ-də qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb ABŞ-də qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb 18.02.2026, 08:25 Operativ Media ABŞ-nin Kaliforniya ştatındakı Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində on xizəkçi itkin düşüb, daha altı nəfər isə mühasirədə qalıb.Operativ Media xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.Məlumata görə, qar uçqunu məşhur xizək sürmə məkanı olan Taho gölünün şimal-qərbindəki Kasl Pik bölgəsindəki Truki şəhəri yaxınlığında baş verib. Daha sonra on xizəkçinin itkin düşdüyü, daha altısının isə xilasetmə gözləyərkən mühasirədə qaldığı bildirilib.