Menyu

Nyu-Yorkda kilsədə partlayış baş verib, beş nəfər xəsarət alıb

Şəfa Hüseynli
Nyu-Yorkda kilsədə partlayış baş verib, beş nəfər xəsarət alıb

ABŞ-nin Nyu-York ştatının şimalında yerləşən Bunvill şəhərində kilsədə baş verən güclü partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Partlayış zamanı zərərçəkənlər arasında kilsənin pastoru və hadisə yerinə gələn yanğınsöndürənlər də var. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmaya görə, birinci mərtəbədə binanı havalandırmağa çalışan yanğınsöndürən partlayış nəticəsində divara çırpılıb.

Polisin açıqlamasına əsasən, hadisədə cinayət əlamətləri aşkar edilməyib. Kilsə binası ciddi ziyan görüb və hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər