Ana səhifə / İqtisadiyyat / Ölkədən çay ixracı 18 faizdən çox artıb Ölkədən çay ixracı 18 faizdən çox artıb 18.02.2026, 10:18 Operativ Media 2026-cı ilin yanvar ayında Azərbaycan 61,23 ton çay ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur. Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Çay ixracının dəyəri 20,9 faiz artaraq 570 min dollara çatıb. 2025-ci ilin yanvar ayında Azərbaycan 471.300 ABŞ dolları dəyərində 51,64 ton çay ixrac edib.