Menyu

Özbəkistanda insan orqanlarının qanunsuz ticarəti ilə məşğul olan şəxslər saxlanılıb

Şəfa Hüseynli
Özbəkistanda insan orqanlarının qanunsuz ticarəti ilə məşğul olan şəxslər saxlanılıb

Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Axtarış İdarəsi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Daşkənd şəhərində insan orqan və toxumalarının qanunsuz ticarəti ilə məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıblar.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbirlər nəticəsində onun sosial şəbəkələr vasitəsilə insan orqan və toxumalarının qanunsuz satışı ilə müntəzəm məşğul olduğu, müştəriləri əməliyyat üçün Tacikistanın Düşənbə şəhərindəki İstiqlol klinikasına apardığı aşkar edilib.

Həmçinin şübhəlinin özünün böyrək transplantasiyası keçirdiyi və bu prosesdə ona kömək edən şəxslərin də olduğu məlum olub. Qeyd olunur ki, onların arasında "Telegram", "İnstagram" və "YouTube" sosial şəbəkələrində fəaliyyət göstərən kanalların administratorları da var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər