Menyu

Qazaxıstan prezidenti ABŞ-yə işgüzar səfər edəcək

Şəfa Hüseynli
Qazaxıstan prezidenti ABŞ-yə işgüzar səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın dəvəti ilə 18-19 fevral 2026-cı il tarixlərində Sülh Şurasının təsis iclasında iştirak etmək üçün Vaşinqtona işgüzar səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Zirvə görüşündə Qəzza zolağındakı vəziyyətin sabitləşdirilməsi, eləcə də bölgədə sülhün, təhlükəsizliyin və davamlı humanitar dəstəyin təmin edilməsi üçün praktik addımların hazırlanması məsələlərinə diqqət yetiriləcəyi gözlənilir.

Səfəri çərçivəsində Kasım-Jomart Tokayev həmçinin Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Əlaqəli Xəbərlər